- Köhnə - Hadisə
- 9 İyul 2013 10:42
- 3 690
Hüseyn Abdullayevlə bağlı daha bir qalmaqallı xəbər
"Bu gün səhər Hüseyn Abdullayevin atası və anasının təsisçisi olduğu "Araz" MTK –nın müdafiəsi ilə bağlı başlanmış müqaviləyə xitam verdik. Hər iki tərəfin razılığı ilə belə bir addım atıldı və bundan sonra mən artıq mən Abdullayevlərə hüquqi yardım göstərmirəm".
Bunu AzNews.az-a beynəlxalq axtarışa verilmiş hüseyn Abdullayevin vəkili olmuş Kamandar Nəsibov bildirib.
K.Nəsibovun sözlərinə görə, bundan sonra o, adıçəkilən şirkətlə bağlı işə hüququ yardım göstərməyəcək: "Mənim onun atası, anası və şirkətlə bağladığım müqavilə vergi məsələsi ilə bağlı olub. Bu kontekstən kənara çıxmağa haqqım yoxdur. Mən vəkiləm, siyasətçi deyiləm. Əgər siyasətçi olmaq istəsəydim, gedib siyasətlə məşğul olardım. Onun mövqeyi bu kontekstdən kənara çıxırdı və buna görə də bundan sonra işbirliyi mümkün deyildi".
K.Nəsibov H.Abdullayevin ailəsi ilə münasibətlərin bundan sonra da normal olacağını vurğulayıb.
Elnarə
AzNews.az