Dəmir Yolu Vağzalında əxlaqsızlıq yuvası aşkar edildi

Bakıda Dəmir Yolu Vağzalında əxlaqsızlıq yuvasının təşkil edilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Sərnişin Vağzalındakı kafedə oranın icarədarı Məlahət Ələsgərovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az