7 nəfər liftdə qaldı - Bakıda

İyulun 15-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 19 mərtəbəli yaşayış binasının liftində 7 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıb.

Elnarə
AzNews.az


Əməliyyat saat 00:24-də başa çatıb.