Çoban dağdan yıxılaraq öldü- Şəkidə

Şəki sakini faciəli şəkildə dünyasını dəyişib.

Şəki Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 13-də Şəki rayonunun Sarıca kəndində qeydə alınıb. Kənd sakini Əlisgəndər Məsimov kəndin ərazisindəki dağlıq sahədə qoyun otararkən dağdan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az