- Köhnə - Hadisə
- 16 İyul 2013 19:15
- 1 506
Ət məhsullarının yoxlanılmasına başlanıldı

Bu məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin rəhbəri İmran Abdullayev verib. İ. Abdullayevin sözlərinə görə, ət və ət məhsullarının təhlükəsizlik göstəriciləri yoxlanılacaq: "Ət və ət məhsullarının tərkibi toksiki, pesitit qalıqları müayinə ediləcək. Mikrobioloji göstəriciləri müayinə ediləcək".
İ. Abdullayev hazırda satış və istehsal müəssisələrindən 10-a dək nümunə götürüldüyünü söylədi. Onun sözlərinə görə, yoxlamalar bu ayın sonunadək davam etdiriləcək. //movqe.az//
AzNews.az