Sükan arxasında dünyasını dəyişdi – Mingəçevirdə

Mingəçevirdə bədbəxt hadisə baş verib.

Mingəçevir şəhəri Naxçıvan küçəsində sürücü ürək çatışmazlığından dünyasını dəyişib. Belə ki, 1947-ci il təvəllüdlü, Goranboy rayonunda məskunlaşan məcburi köçkün Salmanov İsmayıl idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə gələrkən, Energetiklər qəsəbəsində Naxçıvan küçəsində özünü pis hiss edib. O, avtomobilini saxlayıb, bir neçə dəqiqədən sonra isə qəflətən dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Ruhiyyə
AzNews.az