Rəmişin həbsxanadakı oğlu öldü

Hüseyn Hüseynovun meyiti artıq ölkəyə gətirilib

Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynov rəhmətə gedib.

"Qafqazinfo"nun məlumatına görə, Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn ("Quska" adıyla tanınır) 8 il əvvəl Rusiyada məhkum olunmuşdu və cəzaçəkmə müəsisələrindən birində həbs həyatı yaşayırdı. "Narkotik" ittihamı ilə həbs olunan Hüseyn RF qanunvericiliyinə əsasən, 9 il həbs cəzasına layiq görülmüşdü.

H.Hüseynovun meyiti artıq ölkəyə gətirilib və doğulduğu Yevlax şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Arzu xanımla qeyri-rəsmi evlilik həyatı sürən və 5 il Yevlaxda, Cahangir Kərimov küçəsində yaşayan Rəmişin tərcümeyi-halında oğul atası olduğu barədə heç bir məlumat yoxdur. Rəmişin özü də efirlərdəki açıqlamalarında heç vaxt oğlunun adını çəkməyib və bu da 5 il birgə yaşadığı Vahidovlar ailəsinin narazılığına səbəb olub.

AzNews.az