- Köhnə - Hadisə
- 23 İyul 2013 12:00
- 2 615
Quzanlı qəsəbəsində yürüş-mitinq keçirilib

AzNews.az xəbər verir ki, 10 mindən artıq sakinin – rayon rəhbərliyinin, şəhid ailələri, müharibə veteranları və əlillərin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yürüşdə Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğal altındakı torpaqların azad edilməsindən və doğma yurdlarımıza qayıtmaq istəklərini əks etdirən şüarlar səsləndirilib.
Tədbirdə bildirilib ki, Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhidlər verib. Qəhrəmanlar şəhəri kimi tanınan Ağdamda 6 mindən çox şəhid var. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, Ağdam şəhəri 1993-cü il iyulun 23-də işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadrat kilometrlik ərazisinin 77,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıtmış və ya yandırıb.
Ruhiyyə
AzNews.az