- Köhnə - Hadisə
- 25 İyul 2013 10:10
- 2 518
Anspress-in baş redaktoru işdən qovuldu
"Qafqazinfo" xəbər verir ki, iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan baş redaktor Ulvira Qarayevanı işdən qovub.
ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binada mənzil alan Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir. ANS rəhbərinin aparıcıya "satqın" dediyi də vurğulanır.
Qeyd edək ki, Anspress-ə hələ ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov rəhbərlik edir.
AzNews.az