- Köhnə - Hadisə
- 25 İyul 2013 10:42
- 748
Bakıda rus əsilli cinayətkara hökm oxundu

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sergey Apşev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sergey Apşev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. İttihama görə, bu il aprelin 16-da Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 104 ünvanında 1962-ci il təvəllüdlü Sergey Apşev mübahisə zəminində qonşusu 1967-ci il təvəllüdlü Renat Xəlilovu bıçaqlayaraq qətlə yetirib.
AzNews.az