- Köhnə - Hadisə
- 26 İyul 2013 16:26
- 3 490
Gülər Əhmədova mətbuata qadağa qoydu
Qeyd edək ki, G.Əhmədova bu ilin fevral ayında həbs edildikdən sonra vəkillərinin dilindən KİV-də onun səhhəti, saxlanma şəraiti, cinayət işi və s. barədə çoxsaylı məlumatlar yayılıb. Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun hərbi xidmət zamanı xəsarət almasından sonra isə polemikalar daha da qızışıb.
Onu da qeyd edək ki, hazırda Bakı şəhər Prokurorluğunda sabiq deputat barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə başlanmış işin istintaqı aparılır. Bir müddət əvvəl Baş Prokurorluq məlumat yayaraq, G.Əhmədovanın 1 milyon dollar miqdarında dələduzluq əməli törətməsinin sübuta yetirildiyini bildirib: "İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib".
AzNews.az