Qəzaya səbəb olan DYP əməkdaşları ərazidən uzaqlaşdı - Şabranda

Şabranda DYP-nin təngitdiyi avtomobil qəzaya uğrayıb. Avtomobilin qəza törətdiyini görən yol polisi ərazidən uzaqlaşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində Şabran sakini Yaşar Babayevin idarə etdiyi Lada Priyora markalı avtomobil yolun kənarında olan dərəyə yuvarlanıb. Sürücünün sözlərinə görə, qəzaya 10 YP 762 nömrə nişanlı DYP avtomobilinin onu qovması səbəb olub. Avtomobilin qəzaya uğradığını görə yol polisi, heçnə olmamış kimi ərazidən uzaqlaşıb.

Qəzaya uğrayan avtomobilin sürücüsü Yaşar Babayev DYP əməkdaşını tanımadığını, yalnız onun zəif görmə əleyhinə optik eynək taxdığını bildirib. Hadisə şahidləri də sürücü Yaşar Babayevin dediklərini təsdiqləyiblər.

Qeyd edək ki, baş vermiş qəza ilə bağlı hadisə yerində olan yol polisi inspektoru Ələsgər Mirzəyevdən məlumat almaq istəsək də, inspektor araşdırma aparıldığını deyərək əvvəl kameramıza əl atdı, sonra isə ərazidən uzaqlaşdı.

Apardığımız araşdırma nəticəsində öyrəndik ki, sürücü və hadisə şahidlərinin qəza törətməkdə təqsirli bildiyi eynəkli yol polisi, inspektor Elmar Daşdəmirovdur. Hadisədə adının hallandığını deyən inspektor qəza baş verən yerin onun xidməti ərazisi olmadığını bildirib. Diqqətimizi çəkən bir məqam isə Elmar Daşdəmirovun bizi görən kimi eynəklərini çıxartması oldu.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. İnanırıq ki, araşdırmanın sonunda ədalət yerini tapacaq.

AzNews.az
image description image description image description image description