- Köhnə - Hadisə
- 29 İyul 2013 08:40
- 2 261
Bakı - İstanbul reysində nasazlıq yarandı
Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Sərnişinlər qeyd ediblər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qeydiyyatdan keçib təyyarədə yerləşəndən sonra onlardan təyyarədən aşağı enməyi xahiş ediblər. Buna səbəb kimi təyyarədə texniki nasazlığın olduğunu bildiriblər.
Sərnişinlər hadisənin üstündən iki saat keçməsinə baxmayaraq hələ də, hava limanında gözlədiklərini qeyd ediblər.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından verilən məlumata görə, təyyarədəki texniki nasazlığın səbəbi hələ ki, dəqiqləşməyib.
Qeyd edək ki, təyyarə AZAL-a məxsus olub.
AzNews.az