- Köhnə - Hadisə
- 29 İyul 2013 21:09
- 2 267
İlham Əliyev İtaliya Prezidentinə başsağlığı verib
Məktubda deyilir:
"Ölkənizin cənubunda avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
AzNews.az