- Köhnə - Hadisə
- 30 İyul 2013 08:58
- 3 366
Bakıda avtoqəza; yaşlı qadın hadisə yerində öldü
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bilgəh qəsəbəsində sürücü Salamov Ağasəlim "VAZ 2101" markalı "10-BB-790" nömrə nişanlı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçən piyadalar - 1930-cü il təvəllüdlü Tamara Mirzəyevanı və onun nəvəsi azyaşlı Mirzəyeva Aysel Tahir qızını vurub.
Nəticədə 83 yaşlı Tamara Mirzəyeva hadisə yerində ölüb. Azyaşlı Aysel Mirzəyeva isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.
AzNews.az