- Köhnə - Hadisə
- 1 Avqust 2013 15:50
- 3 998
71 min piyada cərimələndi - Bakıda

Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır.
Əsədov bildirib ki, piyadalara qarşı reydlərin aparılmasında məqsəd piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bununla əlaqədar bölmə rəisi piyadaları yol hərəkəti qaydalarını pozmamağa və intizamlı olmağa çağırıb.
Onun sözlərinə görə, bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadavurma halları azalıb.
AzNews.az