Fəhlə daş hasarın altında qalaraq öldü - Faciə

Şəkidə fəhlə hasarın altında qalıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qazıntı işləri aparılarkən 1 nəfər fəhlənin üzərinə daş hasar aşması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1987-ci il təvəllüdlü Məmmədov Vasif Şaban oğlunun cəsədini beton qalıqlarının altından çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az