Abdullah Öcalanı təbliğ edən şəhid oğlu saxlanıldı

Üzərində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın şəkli olan köynək geyinərək, terroristbaşını paytaxt Bakıda təbliğ edən Namiq Nəsibov polis tərəfindən saxlanılıb.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri "Türküstan" qəzetinin saytı yayıb.

Xəbərdə bildirilir ki, Namiq Nəsibov saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Bölmədə N.Nəsibova nə üçün terrorçunu təbliğ etməsi, ölkədə və xaricdəki əlaqələri haqda suallar verilib. Polis şöbəsində onunla haqda proflaktik söhbət aparılıb.

Qeyd edək ki, Öcalanın şəkili olan köynəyi geyinən şəxs Namiq Nəsibovdur. O, Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindədir. O, Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

AzNews.az