Qəbul imtahanında az bal topladı, intihar etdi

Bakıda ali məktəblərə qəbul imtahanında uğursuz nəticə göstərən 17 yaşlı oğlan özünü binadan ataraq intihar edib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Yasamal 2, ev 20, mənzil 239-da yaşayan 1996-cı il təvəllüdlü Rasim Asim oğlu İsazadə ötən gün saat 00-55 radələrində özünü 7-ci mərtəbədən atıb.

Polisdən, həmçinin bildiriblər ki, R. İsazadənin intihar etməsinə səbəb qəbul imtahanında uğursuz nəticə göstərməsi olub.

AzNews.az