- Köhnə - Hadisə
- 7 Avqust 2013 14:37
- 1 491
Qaxda dərəyə düşən qadın xilas edildi
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax rayonu, Əmbərçay kəndində (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə 1 nəfər dərəyə düşüb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xəsarət alan 1978-ci il təvəllüdlü Okracanaşvili Sira İlyekoviç yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az