Sabaha olan hava proqnozu

Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu və yağmursuz keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcəkdir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaqdır.
Aran rayonlarında havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.

AzNews.az