- Köhnə - Hadisə
- 12 Avqust 2013 13:10
- 3 161
Cəilalabadda avtoqəza; ölən var
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Təzəkənd kənd sakini Ələsgər Mənsiyevin idarə etdiyi "Opel" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
AzNews.az