17 yaşlı qız itkin düşdü

Gəncə şəhər sakini itkin düşüb.

Kəpəz rayon Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini Hicran Şəfiyeva polisə müraciət edərək bildirib ki, qızı, 1996-cı il təvəllüdlü Türkan Şəfiyeva iyulun 28-də evdən çıxaraq bir daha evə qayıtmayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

AzNews.az