Gənc oğlan dərmandan zəhərləndi

Gəncədə 26 yaşlı olan oğlan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Əsgərov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi ilə E.Əsgərovun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, R.Əsgərov narkotik tərkibli dərman qəbul edərək zəhərlənib.

AzNews.az