AXCP sədrinin müşaviri saxlanıldı

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim polis tərəfindən saxlanılıb.

AzNews.az-ın məlumatına görə, polislər "İçərişəhər" metrostansiyasının yaxınlığında M.İbrahimi saxlayaraq 40 saylı polis şöbəsinə aparıblar. AXCP sədrinin müşavirinin hansı səbəblə saxlanıldığı bilinmir.

Anar
AzNews.az