Milli Şura Bakıda ilk mitinqini keçirdi

Mitinqdə siyasi məhbuslara azadlıq, azad seçki kimi tələblərin qoyulduğu qətnamə qəbul olundu. Saat 19.30-da Milli Şuranın ilk mitinqi bağlı elan olundu və "Uvertura"nın sədaları altında yekunlaşdı.

***19:19

Mitinqçilər elektrik enerjisinin kəsilməsinə şüalarlarla etiraz bildirdilər.

Hazırda meydana enerjinin verilməsi bərpa olunub və çıxışlar davam edir.

***18:11

Bu dəqiqələrdə mitinqdə iştirak edən AzNews.az əməkdaşının
verdiyi məlumata görə, meydana verilən elektrik enerjisi kəsilib.


***18:39

İbrahim İbrahimli gənclərə müraciət edərək onları təxribata uymamağa çağırıb. Hazırda mitinqdə KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edir. Onun çıxışı "Elçibəy" şüarı ilə müşayət olunur.


***18:26

Müsavat başqanı İsa Qəmbər isə çıxışında Milli şuranın vahid namizədi məsləsindən danışıb:

"İbrahimbəyovun qarşısında süni əngəllər yaradılıb. Biz əngəlləri aşmaq gücündəyik. Biz mübarizə meydanını boş buraxmayacağıq. Sabah Milli Şuranın toplantısında ciddi qərarlar qəbul ediləcək. Rüstəm müəllimin razılığı ilə iki variantdan biri seçiləcək. Daha bir xalq tərəfindən sevilən ziyalının namizədliyini müyyənləşməsinə nail olacağıq. Onunla seçkiyə gedəcəyik, ya da partiyalardan kim istəsə namizədliyini irəli sürsün. Bu gün bizi tənqid edirlər. Heç iqtidarın da vahid namizədi yoxdur".

***18:20

Bu dəqiqələrdə mitinqdə Eldar Namazov çıxış edir:

"Milli Şura bir olacaq və seçkiyə birlikdə gedəcək. Biz seçkilərdə qalib gələcəyik. 20 il sonra demokratik qüvvələr bir araya gəlib ölkə tarixində ikinci dəfə Milli Şura yaratdılar. 1-ci Milli Şura Azərbaycana azadlıq verdi, ikinci Milli Şura demokratiyanı təmin edəcək. İnanırıq ki, gec də olsa Rüstəm İbrahimbəyov seçkilərə qatıla biləcək. Əgər birləşmiş müxalifət seçkiyə getməyəcəksə, deməli ölkədə seçki olmayacaq. Əgər Rüstəm bəydən çəkinmirlərsə bizə "Azadlıq" meydanını versinlər".

***18:15

Mitinqdə bu dəqiqələrdə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun müraciəti oxunub. Daha sonra söz Musavat başqanı İsa Qəmbərə verilib.

***17:52

Bu dəqiqələrdə dövlət himninin oxunmasi ilə mitinqin başlanması elan edilib.

Mitinqi İbrahim İbrahimli açaraq əsas məqsədin azad seçkilər keçirilməsi tələbini səsləndirmək olduğunu deyib. O, KİV-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova qarşı böhtan kampaniyasına başladıldığını vurğulayıb.


Qeyd edək ki, Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Eldar Namazov mitinqçilər arasındadır.

***17:33

Mitinq Üzeyir Hacibəyovun "Uvertura"sı ilə başlayıb.

Mitinqdən əvvəl jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli mitinqin fəallığını yüksək qiymətlənidirib və əsas tələbin azad seçkilər keçirmək olduğunu bildirib.


17:14***

Bu dəqiqələrdə Bakıda 20-ci sahə adlanan ərazidə Milli Şuranın ilk mitinqi başlayacaq. Mitinqə 1 saat qalmışdan etibarən iştirakçılar meydana toplaşmağa başlayıb.

Sürücülük məktəbinin həyətində "Azad və ədalətli seçkilər!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçiriləcək mitinqə son hazırlıq işləri aparılır.

Mitinqin başlanmasına bir saat qalandan etibarən bəzi şəxslər tərəfindən şüarların səsləndirilməsinə cəhd edilib. Ancaq təşkilatçılar bunun qarşısını alıb.
Mitinqə Azərbaycan bayrağı və siyasi məhbusların şəkilləri aparılıb.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description image description