Daha iki nəfər prezidentliyə namizədliyini irəli sürdü

Daha iki nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Ədalət Partiyasından İlyas İsmayılovun və ReAL (Respublikaçı Alternativ) hərəkatının sədri İlqar Məmmədovun (öz təşəbbüsü ilə) namizədliyi barədə sənədlər komissiyaya daxil olub.

Ümumilikdə indiyədək 17 nəfərin namizədliyi irəli sürülüb, onlardan 12 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev və Ərəstun Oruclunun namizədlikləri təsdiq olunub.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

AzNews.az