“Forbes“-dən Telman İsmayılova şok iddia

"Forbes" öz iradəsindən asılı olmayaraq Rusiya Federasiyasını tərk etməli olan 14 məşhur biznesmenin siyahısını tərtib edib.Rusiyada gözdən düşmüş biznesmenlər sırasında Azərbaycan əsilli Telman İsmayılov da var.

Milli.Az bildirir ki, Telman İsmayılov AST şirkətlər qrupunun prezidentidir. Nəşrin yazdığına görə, 2009-cu ildə ona məxsus olan "Çerkizov" bazarında tərkibində 2 milyard dollarlıq qaçaq mal olan konteynerlər aşkar olunub. İctimai qınağa tuş gəldikdə bazar bağlanılıb. Telman İsmayılov isə Türkiyəyə gedərək bu ölkənin vətəndaşlığını qəbul edib.

AzNews.az