Yadigar Sadıqovun həbs müddəti artırıldı

Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə vəkil Xalid Bağırov məlumat verib. Vəkil bildirib ki, Lənkəran şəhər Məhkəməsinin qərarı ilə Y.Sadıqovun həbs müddəti bir ay müddətinə artırılıb.

Qeyd edək ki, Y.Sadlqov Lənkəran şəhər sakini II qrup Qarabağ əlili olan Rəşid Kərimovu döyməkdə ittiham olunub. Barəsində Lənkəran rayon Polis Şöbəsində istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi qaldırılıb.

AzNews.az