- Köhnə - Hadisə
- 3 Sentyabr 2013 09:30
- 2 959
13 dönərçi cəzalandırıldı
Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, yoxlama aparılan 13 müəssisənin cərimə olunması haqqında qərar çıxarılıb və cərimələr ayrı-ayrılıqda rayon icra hakimiyyətlərinə göndərilib. İ. Abdullayevin sözlərinə görə, cərimələri könüllü ödəyənlər ödəyib, ödəməyənlər isə məcburi icraya yönəldilib.
RGEM-in şöbə müdiri qeyd edib ki, bu ilin 6 ayı ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində 57 dönər sahəsində yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində toyu dönəri satan və sanitariya qaydalarını ciddi pozan müəssisələr haqqında inzibati tədbirlər görülüb.
AzNews.az