- Köhnə - Hadisə
- 5 Sentyabr 2013 20:36
- 4 313
Bakıda yol qəzası: qadın sürücü yaralandı
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində "Şəfa" stadionunun qarşısında qeydə alınıb. Belə ki, 90-NG-462 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil 90-DS-373 dövlət nömrə nişanlı "Opel Omega" markalı avtomobilə arxadan çırpılıb.
Məlumata görə, bu, Cəfərzadə Şəbnəm Əfşət qızıdır. VAZ-2107-ni isə Muxtarov Ramil Kamil oğlu idarə edib.
Qəza nəticəsində "Opel Omega" avtomobilində olan qadın sürücü ağır xəsarətlərlə xəstaxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az