Hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 7-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş meteoroloqu Natiq Musayevin verdiyi məlumata görə, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 7-də əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısa müddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti gözlənilir.

AzNews.az