Avtobus qəzasında yaralananların adları açıqlandı- Yenilənib




Ucar rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb.

Qəzaya uğrayan, yaralananlar Bakı - Göyçay marşrutu ilə hərəkət edən 90 – JZ – 369 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobusun sürücüsü 21 yaşlı Tərtər rayon sakini Səlimzadə Cavid Camal oğlu, sərnişinlər - Göyçay rayon sakinləri - 25 yaşlı İsgəndərov Elnur Rafiq oğlu, onun qardaşı 27 yaşlı Əli Rafiq oğlu, 18 yaşlı Fərhadlı Faxrəd Azad oğlu, 33 yaşlı Əhmədov Rafiq Şamil oğlu, 57 yaşlı Yusifov Sahib İslam oğlu, 51 yaşlı Hümmətov İntiqam Nəriman oğlu, 22 yaşlı İsmayılov Tufan Ehtiram oğlu, 36 yaşlı Lütvəliyev Natiq Günəş oğlu, 22 yaşlı Çərkəzli İsrafil Qinyaz oğlu, 54 yaşlı Məmmədova Xatirə Kamal qızı və 46 yaşlı Məcidova Xuraman Soltanəli qızıdır.

Onlar müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA - ya verilən məlumata görə, İ. Hümmətov, X. Məmmədova və X. Məcidovanın vəziyyətini ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. (apa)

***
15:39
Bu dəqiqələrdə Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd ərazisindən keçən hissəsində qəza baş verib. AzNews.az-ın hadisə yerindən əldə etdiyi məlumata görə, Bakı-Göyçay istiqamətində hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. 14 nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar arasında mikroavtobusun sürücüsü də var.
Onlardan 3-nün vəziyyəti ağırdır.

Ruhiyyə
AzNews.az