İki nəfər edam olundu -İranda

İranın Kirmanşah vilayətində 2 nəfər edam olunub. Onlar narkotik maddələrin qaçaqmalçılığında ittiham olunub. Hər iki müttəhim 244 kq tiryəklə həbs edilib və ölüm cəzasına məhkum olunub.

Məhbusların soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 11-də səhər saatlarında Kirmanşah şəhərinin Dizelabad həbsxanasında icra edilib.

Qeyd edək ki, son günlər İranın Gilan vilayətində 3, Simnan vilayətində 2, Xuzistan və Kohgiluyə və Boyer-Əhməd vilayətlərində isə 2 nəfər dara çəkilib.(apa)

AzNews.az