Həbsdə olan N!DA-çının babası intihar etdi - YENİLƏNDİ

N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov ölüb.

Bu barədə "Facebook"da Rəşadət Axundovun xanımı Türkan status yazib.

***
16:52

Dünən N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov intihara cəhd edib.
AzNews.az-ın məlumatına görə, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib. Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Ə.Axundov hazırda Sabunçu xəstəxanasındadır. Vəziyyəti stabildir.
Məlumat üçün qeyd edək ki, 1939-cu il təvəllüdlü Ə.Axundov 45 il müəllim işləyib. 20 il Beyləqan rayonunda məktəb direktoru olub.

Anar
AzNews.az