Məktəblilər yol qəzasına düşdü - Yenilənib

Gəncədə məktəblilər yol qəzasına düşüb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 1995-ci il təvəllüdlü Azər Kazımov atasına məxsus "Mercedes" markalı avtomobili idarə edərkən beton divara çırpıb.

Nəticədə avtomobildə olanlar – Azər Kazımov, 1997-ci il təvəllüdlü Elgün Məmmədov, 1996-cı il təvəllüdlü Ayxan Səfərov və 1996-cı il təvəllüdlü Fərman Hüseynov müxtəlif xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Qeyd edək ki, avtomobildə olanların hamısı məktəblidir.


Gəncədə 5 məktəblini maşın vurub. (apa)


***
12:38

Gəncə şəhərindəki orta məktəbin yaxınlığında bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin 16 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 5 məktəblini vurub. Müxtəlif bədən xəsarətləri alan məktəblilər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, yaxın saatlarda ətraflı məlumat veriləcək.

AzNews.az