Mehman Hüseynov sərbəst buraxıldı- Yenilənib

E.Sultanov bildirib ki, gənc fəalın izahatı alınaraq artıq sərbəst buraxılıb.


***
14:52
Sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun əməkdaşı Mehman Hüseynov izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov deyib ki, hazırda müvafiq araşdırmalar davam etdirilir.

AzNews.az