Harada tıxac var?

Bu gün səhər saatlarından paytaxtda başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb.

Heydər Əliyev prospekti, Bakı-Sumqayıt şosesi, İnşaatçılar küçəsi, Ziya Bunyadov prospekti, akademik Həsən Əliyev küçəsi, Bakıxanov küçəsi, Babək prospekti, Zərifə Əliyeva küçəsində hazırda tıxac müşahidə olunur.

Rüstəm Rüstəmov küçəsi, Badamdar küçəsi, Moskva prospekti, Mirəli Qaşqay küçəsi, Səməd Vurğun prospektində nəqliyyatın hərəkətində sıxlıq var.

AzNews.az