Ana 18 yaşlı qızına işgəncə verir - Bakıda


"Bakı kəndlərindən birində ana 18 yaşlı qızına dəhşətli işgəncələr verir. Bununla bağlı bizə müraciət edilib və yaxın zamanda həmin müraciət yerində araşdırılacaq".


Bunu AzNews.az-a "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. M.Zeynalovanın sözlərinə görə, işgəncə faktı ilə bağlı bütün məlumatlar quruma verilib: "Sadəcə hadisəni ört-basdır etməmələri və qızın başqa yerə aparılıb gizlədiləcəyi ehtimalı nəzərə alınaraq, kəndin və qızın adını açıqlamırıq. Ancaq qonşuların bildirir ki, qıza anası hər gün işgəncə verir, işgəncə o qədər şiddətli olur ki, qonşular hətta bağdan də gənc qızın qışqırıqları eşidirlər. Bizə verilən məlumata görə, gənc qıza 18 yaşına qədər xalası baxıb. Ancaq xalası vəfat etdikdən sonra anası onu yanına gətirib və bundan sonra ona qarşı səbəbi məlum olmayan işgəncələr başlayıb. Hətta isti yay günlərində qıza işgəncə vermək üçün ona qış paltarları da geyindirilib".

Elnarə
AzNews.az