- Köhnə - Hadisə
- 8 Oktyabr 2013 16:38
- 3 090
Qubada dəhşət: “Niva” 200 metrlikdən dərəyə aşdı - ÖZƏL
Bu gün Qubada dəhşətli hadisə baş verib.
Quba-Xınalıq yolunun Cek kəndi ərazisində qəza hadisəsi olub. Hüseynqulu Nəcəfova məxsus "Niva" markalı avtomobil 200 metr hündürlükdən dərəyə yuvarlanıb. AzNews.az-a rayondan daxil olan xəbərə görə, sürücü möcüzə nəticəsində sağ çıxsa da, ağır dərəcəli bədən xəsarətləri alıb və Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hissə-hissəyə parçalanan avtomobildən sürücünün sağ çıxması hamını təəccübləndirib.
Hadisə sıldırım qayaların arasından keçən sərt döngədə baş verib. Səbəb kimi avtomobilin sürətlə hərəkət etməsi göstərilir.
Ruhiyyə
AzNews.az