- Köhnə - Hadisə
- 10 Oktyabr 2013 11:12
- 1 583
Minik avtomobili teplovozla toqquşdu

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 9-da saat 09.40 radələrində Zaqatala Dəmiryol Stansiyasının ərazisindəki qorunmayan keçiddə rayon sakini Ramin Əliyev idarə etdiyi "Hyundai" markalı avtomaşını teplovoza vurub.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, yolda hərəkət dayanmayıb.
Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
AzNews.az