Cəbhədə gərginlik davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Daşkəsən, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az