Əli İnsanovun işinə oktyabrın 28-də baxılacaq

"Oktyabrın 28-də Ali Məhkəmənin plenumu keçiriləcək. Həmin plenumda Əli İnsanovun da məsələsinə baxılması gözlənilir".

Bunu "Media forum"a açıqlamasında Ali Məhkəmənin hakimi Fərhad Kərimov deyib.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

AzNews.az