- Köhnə - Hadisə
- 18 Oktyabr 2013 08:44
- 2 570
Orta məktəbdə qətl törədən şəxsin kimliyi açıqlandı
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 saylı Peşə Məktəbinin şagirdi Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirən Ağdam rayon sakini, 9 saylı Peşə Məktəbinin birinci kurs şagirdi, 1995-ci il təvəllüdlü Kamran Cahid oğlu Nəcəfov tutulub.
Qeyd edək ki, hadisə ötən gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az