- Köhnə - Hadisə
- 20 Oktyabr 2013 17:47
- 2 197
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bədbəxt hadisə
Hadisə bu gün vilayətin Arpaçay rayonunun Güvercin kəndi yaxınlığında baş verib.
Bakı-Tbilisi-Qars dəmiyolu xəttində tunel tikintisi zamanı tunelin bayır tərəfində qəlibə beton tökülərkən qəlibin bağları qopub və işçilərdən Bünyamin Arslantaş (23 yaş) ilə Gökhan Tunçsoy (27) bir neçə ton ağırlığında olan beton qəlibin altında qalıblar. Onlara kömək etməyə gedən Mustafa Özen (33) də qəlibin altında sıxılmış vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə təcili yardım və jandarmeriya əməkdaşları cəlb olunub. Təxminən 30 dəqiqa davam edən xilasetmə işlərindən sonra işçilərdən G.Tunçsoy ilə M.Özen xilas olunaraq Qars Dövlət Xəstəxanasına göndərilib. B.Arslantaşın meyiti isə təcili tibbi yardım maşını ilə Arpaçay Dövlət Xəstəxanasının morquna aparılıb.(trend)
AzNews.az