Rektor tələbələrlə görüşür- Yenilənib

"Hazırda universitetin rektoru Yusif Məmmədov tələbələrlə görüşmək üçün akt zalındadır. Biz tələbələrə də bu barədə bildirmişik. Nə kimi təklifləri, sözləri varsa, gəlib burda rektorla müzakirə edə bilərlər".


Bu barədə tələbələrin aksiya keçirdiyi Dövlət Pedaqoji Universitetindən AzNews.az-a bildirilib.

Universitetdən verilən məlumata görə, görüşdə 500 tələbənin iştirak etmək imkanı var: "Onlar imtahanlarla bağlı tələb səsləndirirdilər. Biz də onların rektorla görüş təklifini qəbul etdik. Həyətdə səs-küy salmaqdansa, gəlib burda, akt zalında sözlərini desinlər. Yusif müəllim həmişə tələbələrin fikirləri ilə maraqlanıb, indi də onları dinləməyə hazırdır".

Elnarə
AzNews.az


***
14:24
Azərbaycan Dövlər Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirilər.

Tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Hazırda mindən çox tələbə aksiyaya qoşulub.(qaynar.info)


AzNews.az
image description