Avtomobillərə pərdə vurulmasına qadağa qoyulacaq

Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına verilmiş icazə bitmək üzrədir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən, iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev milli.az-a açıqlamasında bildirib ki, noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə başa çatır. Artıq maşınlarda arxa qapıdakı pərdələrin istifadəsinə icazə verilməyəcək.

AzNews.az