Paytaxtın üç rayonunda su problemi olacaq

Bakı şəhərinin Binəqədi rayonu ərazisindən keçən magistral su xəttində yenidənqurma işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar, oktyabrın 22-də gün ərzində paytaxtın Yasamal, Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

AzNews.az