Bakı-Aeroport yolunda avtoqəza; ölən var

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də saat 20.00 radələrində Suraxanı rayonu Bakı-Aeroport yolunda Bakı şəhər sakini Murad Babayev "Cherry" markalı avtomaşını idarə edərkən 55-60 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az