- Köhnə - Hadisə
- 25 Oktyabr 2013 11:56
- 2 088
Nazirlik qətl hadisələri ilə bağlı məlumat yaydı
AzNews. az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Nigar Sadıxovanın küt alətlə qətlə yetirilmiş meyiti Nəsimi rayonu ərazisində yaşadığı mənzilində tapılıb. Aparılmış araşdırmalar zamanı mənzildən 26.000 manat və 5100 dollar pul aparılması müəyyən edilib. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oktyabrın 24-də Sumqayıt şəhərində 2 qadın öldürülüb. S.Bəhlulzadə küçəsində yaşayan Tehranə Emiyevanın evinə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş Zöhrab Hüseynov qısqanclıq zəminində bıçaqla əvvəlcə Tehranəni, sonra isə onun anası Ədilə Emiyevanı qətlə yetirib. Z.Hüseynov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olub.
AzNews.az